EN

"Apple" şirkəti Rusiya və Belarus tərtibatçılarına reklam proqramlarını qadağan etdi

15 avqust 2024-cü il tarixindən etibarən "Apple" Axtarış Reklamları (ASA) xidməti Rusiya və Belarusdan olan tərtibatçı hesabları üçün fəaliyyətini dayandırıb.

Valyuta.az xəbər verir ki, bu barədə "iOS Dev" "Telegram" kanalının müəllifi Viktor Qruşevski məlumat verib.

"Apple" şirkəti tərtibatçıları e-poçt vasitəsilə Rusiya və Belarus hesabları üçün bütün reklam alətləri və kampaniyalarının bloklanması barədə məlumatlandırıb.

"Apple" 13-cü bəndə istinad edir, amma əslində yalnız bir səbəb var: hesabın qeydiyyata alındığı ölkə", deyə Qruşevski yazıb.

Bundan əlavə, tərtibatçı "Apple"ın Rusiya və Belarusda qeydiyyatdan keçmiş hesablar üçün tətbiqlərin satışından əldə edilən gəlirlərin ödənişləri ilə bağlı siyasətini necə quracağından narahatdır. ASA-nın dayandırılmasının Rusiya və Belarus tərtibatçılarının tətbiqlərinin təşviqinə necə təsir edəcəyi hələ aydınlaşdırılmayıb.

"Apple" Axtarlş Reklamları "App Store"da reklam proqramları üçün platformadır. ASA reklamları axtarış nəticələrinin üstündə və axtarış bölməsində görünür. "Apple"a görə, ASA-nın orta konversiya nisbəti klikdən quraşdırmaya qədər 50%-dən çoxdur və istifadəçilərin 70%-i proqramları axtarış vasitəsilə yükləyir.

Paşa Məmmədli

Chosen
157
50
valyuta.az

10Sources