37 yaşlı amerikalı aktrisa Meqan Foks hesab edir ki, qadınlar kişilərə görə özlərini yormamalıdılar.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Machine Gun Kelly ləqəbli nişanlısı Kolson Beykerdən ayrılan ulduz qonaq olduğu verilişdə musiqiçi ilə münasibətlərindən söz açıb. Model "Onunla münasibətini necə təsvir edərdin" sualına belə cavab verib:
"Düşünürəm ki, bu münasibətdə olmaqdan öyrəndiyim şey, bunun ictimai istehlak üçün olmadığıdır, buna görə də indiyə kimi hesab edirəm ki, münasibətin statusu ilə bağlı hər hansı bir şərhim yoxdur. Deyə biləcəyim odur ki, mənim ruh əkizim olaraq adlandırdığım şey budur və nə olursa olsun, həmişə ona bağlı olacaq. Mən nə olacağını dəqiq deyə bilmərəm, amma həmişə nə cürsə onunla bağlı olacağam".
Foks bəzi praktiki məsləhətlər də verib və o, subay qadınları vaxtlarını və enerjilərini kişilərə sərf etməməyə çağırıb.
"Məsləhət vermək üçün ən yaxşı insan mənəmmi, bilmirəm, çünki məsləhətim sadəcə bir bacarıq öyrənmək və ya hobbi inkişaf etdirməkdir, enerjinizi oğlanlara sərf etməyin. Onların edəcəkləri tək şey sizi tükətməkdir. Sadəcə davam edin. Özünüzə yatırım edin", - aktrisa vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun