İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Konor Qallaher İspaniya təmsilçisi "Atletiko" (Madrid) ilə anlaşıb.
Paralel.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Bu transfer paytaxt təmsilçisinə 40 milyon avroya başa gəlib.
Qeyd edək ki, Qallaher ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 7 qola imza atıb.