RU

Baş seysmoloqdan bina tikənlərə tövsiyyə: “Ümumi seysmik xəritə ilə iş aparmaq düzgün deyil”VİDEO

Bakıda elə bina var ki, onun iki qanadı 8, digər bir qanadı 9 ballıq ərazidədir. Güclü zəlzələ olanda əlbəttə ki, 9 ballıq ərazidəki bina dağılacaq.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Qurban Yetirmişlinin sözlərinə görə, yenı binalar tikilərkən ərazinin seysmik vəziyyəti tam öyrənməlidir. Çünki, aparılan araşdırmalarla sübut olunub ki, eyni ərazidə torpaq iki fərqli seysmik quruluşa sahib ola bilər.

O, deyir ki, Türkiyədə baş verən zəlzələ bu məsələni bir daha aktuallaşdırdı. Yanaşı binaların birinin uçması, digərinin sağlam qalması onu göstərdi ki, ümumi seysmik xəritəyə əsaslanıb tikinti işləri aparmaq düzgün deyil.

Qurban Yetirmişli onu da bildirdi ki, Azərbaycan bioloji quruluş baxımından çox mürəkkəbdir. Buna görə binalar zəlzələyə davamlı tikilməlidir ki, dağıntılar minimuma ensin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
40
44
xezerxeber.az

10Источники