RU

BP Çinin bioyanacaq istehsalçısının 15%-ni 49 milyon dollara alacaq

Böyük Britaniyanın neft və qaz şirkəti BP “Lianyungang Jiaao Enproenergy” şirkətində 15% pay alır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, BP bunun müqabilində şirkətə 354 milyon yuan (49,6 milyon dollar) ödəyəcək.

Məlumat üçün bildirək ki, “Lianyungang Jiaao Enproenergy” bioyanacaq istehsal edən və satan “Zhejiang Jiaao Enprotech Stock”un törəmə şirkətidir və bu seqmentdə Çinin ən böyük şirkətlərindən biridir.

Həmçinin məlumatda o da qeyd olunub ki, “Lianyungang Jiaao Enproenergy”nin 2025-ci ilin birinci rübündə dayanıqlı aviasiya yanacağı (SAF) zavodunun tikintisini başa çatdıracağı gözlənilir. Bildirilir ki. onun gücü ildə 500 min ton olacaq. Yanacaq işlənmiş yemək yağından və heyvan yağından hazırlanacaq.

 

Sadiq Cavadov

Избранный
64
1
iqtisadiyyat.az

3Источники