Azərbaycanda ilk dəfə olaraq alkoqollu içkilərin və tütün məmulatlarının ölkə üzərindən tranzit daşınması zamanı depozitin tətbiqinə başlanacaq.
Gömrük bəyannaməsinə dəyişiklik etmək olacaq - YENİ QƏRAR, ŞƏRTLƏR
Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 258.1.4 –cü maddəsinə əsasən 2024-cü il 1 oktyabr tarixindən etibarən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.
Təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 (iki yüz min) ABŞ dolları ekvivalentində müəyyən edilib.
Komitədən bildirilib ki, gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.
Tranzit daşımaları zamanı təminat tələb olunan alkoqollu içkilərin və tütün məmulatlarının XİF MN kodları ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür.
TÜTÜN MƏMULATLARI ÜZRƏ XİFMN KODLAR
|
2402 |
240311 |
2403191009 |
2403199009 |
240391 |
2403991000 |
2403999003 |
240411 |
ALKOQOLLU İÇKİLƏR ÜZRƏ XİFMN KODLAR |
2203 |
2204 |
2205 |
2206 |
220710 |
2208 |