Xəbər verdiyimiz kimi, Orxan Babayev Vəkillər Kollegiyasına yeni Baş katib (Aparat rəhbəri) təyin olunub.
İqtisadiyyat.az xəbər verir ki, o, 1989-cu ildə Ordubad şəhərində anadan olub, 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 2012-ci ilin noyabr ayında şirkətlərin birində hüquqşünas kimi başlayıb. 2013-2018-ci illər aralığında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi ilə müxtəlif inzibati vəzifələrdə çalışıb.
O, 2018-ci ildən VK-nın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçisi, şöbə müdiri vəzifələrini icra edib.
2019-cu ildən VK-nın üzvü olan Orxan Babayev Baş katib təyinatınadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb.
İngilis, rus və türk dillərini bilir.
Ailəlidir, bir övladı var.