RU

Yeni zirvələrə doğru -Fotolar



2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Hüseynovanın Gədəbəy rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilərlə görüşü keçirilib.

Əvvəlcə Gədəbəy şəhərinin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən geniş bəhs edib.

Çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Sevinc Hüseynova çıxışında şəhid ailərinə və qazilərimizə dövlət qayğısından danışıb, onlara böyük ehtiram bəsləndiyini vurğulayıb.

Görüşdə, həmçinin şəhid ataları Rəsul Allahverdiyev, Rəsul Rzayev, Azad Nağıyev, Qərib Allahverdiyev, Fazil Əliyev, təşviqat qrupunun üzvü Pərviz Bayramov və digərləri çıxış ediblər. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Şəhid ailələrinin üzvləri, müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə ediblər.

Xatırladaq ki, deputatlığa namizəd şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə fərdi görüşlər də keçirib.



Избранный
164
50
aia.az

10Источники