Fransa Prezidenti Emmanuel Makron Teleqramın qurucusu Pavel Durovun saxlanılması barədə danışıb.
"Operativ Media" xəbər verir ki, Fransa Prezidenti bu barədə “X”də paylaşım edib.
“Fransa ifadə və ünsiyyət azadlığına çox bağlıdır. Bu, belə davam edəcək. Telegram rəhbərinin Fransa ərazisində saxlanılması hüquqi araşdırma çərçivəsində baş tutub. Bu siyasi qərar deyil. Qərar vermək hakimlərin işidir”, - deyə paylaşımda qeyd edilib.