Fransa millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Koman Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.
hakimiyyet.az Goal.com-a istinadla xəbər verir ki, fransalıya "Əl-Hilal"dan rəsmi təklif gəlib.
Əslində, klublar arasında razılıq əldə edilib. Lakin Komanın özü hələlik bu transferə razılıq verməyib.
Qeyd edək ki, Kinqsli Koman bütün turnirlərdə 296 oyun keçirib, 64 qol vurub və 66 məhsuldar ötürmə verib.