RU

Makron üçün SONUN BAŞLANĞICI – Köhnə dostları Fransa liderini “vətən xaini” ELAN EDİR...

Fransada seçkilərdən sonra hökumətin formalaşması müşkül məsələyə çevrilib. Avqustun 23-dən bu istiqamətdə aparılan danışıqlar hələlik nəticə vermir.

"Le Monde” nəşrinin yazdığına görə, Fransa Sosialist Partiyasının birinci katibi Olivye For və Ekoloqlar partiyasının milli katibi Marin Tondelye prezident Emmanuel Makronla görüşməkdən imtina ediblər. Bundan əvvəl Fransa prezidenti solçu parlament blokunun təklif etdiyi Lüsi Kasteni baş nazir təyin etməkdən imtina edib.

"Demokratiya parodiyasında iştirak etməkdən imtina edirik" deyən For sosialistləri sona çatmaqda olan “Makronizmə” kömək etmək istəmədiklərini deyirlər.

Öz növbəsində, baş nazir postuna namizədliyi Makron tərəfindən rədd edilən Lüsi Kaste də yeni məsləhətləşmələr aparmaqdan imtina etdiyini açıqlayıb.

Yaranmış durumda solçular da Makronun impiçmentinə çalışır. Onlar Fransa Konstitusiyasının 68-ci maddəsi, vətənə xəyanət məsələsinə istinad edərək, Makronu vəzifədən uzaqlaşdırmaq niyyətindədirlər.

Görəsən, Makronu impiçment gözləyirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, mövcud qüvvələr nisbətində Makronun impiçmenti real deyil:
 

MÖVZU İLƏ BAĞLI:

İspan nəşri Makronu İFŞA ETDİ - "Çox pis vəziyyətdədir"


“Gözlənilmədən növbədənkənar parlament seçkiləri təyin edən Makron özünü də, ölkəni də çıxılmaz vəziyyətə salıb. Seçkilərdə isə Yeni Xalq Cəbhəsi-sol ittifaqı qalib gəlib. Ancaq onların səsi hökuməti formalaşdırmaq üçün kifayət deyil. Sağ radikallar Yeni Xalq Cəbhəsini Fransa üçün təhlükə sayaraq, onunla ittifaqa getmək istəmir. Makronun bloku da həmçinin sol ittifaqı dəstəkləmir, ona görə də baş nazirliyə solçuların istədiyi namizədin əleyhinə çıxırlar. Yeni Xalq Cəbhəsi də öz növbəsində Makronun bu mövqeyini qəbul etmir. Onlar Fransa Konstitusiyasının 68-ci maddəsinə istinad edərək, Makronun vəzifədən uzaqlaşdırılmasına nail olmağa çalışırlar.

Ancaq həmin maddədə hansı hallarda Fransa Prezidentinin öz vəzifəsindən uzaqlaşdırıla bilməsi o qədər də aydın göstərilmir. 68-ci maddədə vətənə xəyanət məsələsi göstərilib. Yeni Xalq Cəbhəsi namizədinin baş nazir kimi təqdim olunmaması vətənə xəyanət kimi qiymətləndirilə bilərmi? Güman ki, solçuların bu təklifi deputatların əksəriyyəti tərəfindən dəstəklənməyəcək. Bu mənada, Makronun impiçment məsələsi real deyil”.

Makron baş nazir axtarışında

Həmsöhbətimiz deyir ki, Makron baş nazirliyə öz tərəfdarlarından kiminsə namizədliyini versə, bu, ölkədə heç bir dəyişikliyin olmayacağına işarə olacaq: 

“Güman ki, həmin namizəd parlamentin dəstəyini almayacaq. Makron görünür hamı tərəfindən qəbul olunacaq neytral namizəd axtarışına çıxıb. Heç bir siyasi ambisiyası olmayan, texniki hökumətin başçısı funksiyasını yerinə yetirən tanınmış iqtisadçı, yaxud da başqa bir peşə sahibinin namizədliyi verilə bilər. Ancaq Makronun belə bir namizədi tapması da çətin məsələdir. Çünki ölkənin siyasi qüvvələri arasında Makrona inam son dərəcədə aşağı səviyyədədir.

Ölkədə böhran yaranıb. Xaosdan çıxmağın bir yolu parlamenti buraxıb, yeni seçkilər təyin etməkdir. Ancaq bunun üçün də seçkidən 1 il vaxt keçməlidir”.

Rüfət Sultan, Bizim.Media

Избранный
97
25
bizim.media

10Источники