2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişili seçicilərlə növbəti görüşlərini keçirib.
XALQ.AZ məlumat verir ki, səmimi keçən görüşlərdə seçicilərin müraciətləri dinlənilərək qeydiyyatı aparılıb.