Bakı. Trend:
“Qəbələ” ukraynalı futbolçusu Zurab Oçiqava ilə yollarınıayırıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlırazılaşma əsasında xitam verilib.
2023-ci ilin iyulundan “Qəbələ”də çıxış edən Zurab“qırmızı-qara” formada 24 matç keçirib. O, Premyer Liqada 21,Azərbaycan kubokunda 3 oyunda iştirak edib.