Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları terror fəaliyyətində şübhəli bilinən 6 nəfəri saxlayıb.BUTA.TV xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Almatı şəhəri, Qaraqanda, Türküstan və Ulytau vilayətlərində aparılan əməliyyat nəticəsində saxlanılan 6 nəfərdən maddi sübutlar, o cümlədən 3 ədəd qumbara aşkar edilərək götürülüb. Şübhəlilərdən ikisi əvvəllər quldurluq və oğurluqda təqsirli bilinib. Saxlanılan şəxslər barəsində terrorçuluğun təbliği maddəsi ilə istintaq başlanılıb.