"Çelsi" klubunun ulduz futbolçusu Ben Çiluel karyerasını Türkiyə superliqasında davam etdirə bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə nəhənglərindən sayılan "Fənərbağça" klubu Ben Çiluelin keçidi ilə bağlı "Çelsi" klubu və futbolçu ilə şəxsi razılığa gəlib.
2024/25 mövsümü üçün iştirak ərizəsinə salınmayan Ben Çiluel əsas heyətdə çıxış edə biləcəyi komandaya transfer olmaq istədiyi üçün "Fənərbağça" ilə razılaşıb.
Xatırladaq ki, daha öncə ulduz futbolçulardan Viktor Osimhen "Qalatasaray"a, Sofyan Amrabat "Fənərbağça"ya, İmmobile isə "Beşiktaş"a transfer olunmuşdu.
Qeyd edək ki, Ben Çiluelin transfer dəyəri 28 milyon avrodur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun