RU

"Ruslar ölkədə müharibənin getdiyini dərk etdi" - Qərb kəşfiyyatı

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Uilyam Börns və Böyük Britaniyanın xarici kəşfiyyat qurumunun (Mİ6) rəhbəri Riçard Mur “Financial Times” üçün birgə məqalə yazıb.

 

Modern.az-ın məlumatına görə, kəşfiyyatçılar Londonda keçirilən “Financial Times” festivalında da iştirak ediblər və iştirakçıların suallarını cavablandırıblar

 

Onlar Ukraynanın avqustun 6-da başlayan Kursk əməliyyatı barədə əhəmiyyətli açıqlamalar veriblər.

 

Börns Ukraynanın Kursk vilayətindəki əməliyyatını “əhəmiyyətli taktiki nailiyyət”, MI6-nın rəhbəri Riçard Mur isə “cəsur və cəsarətli” adlandırıb.

 

Eyni zamanda Mur qeyd edib ki, ukraynalıların Rusiya ərazisini nə qədər saxlaya biləcəkləri ilə bağlı proqnozlar vermək hələ tezdir. Mİ6-nın rəhbəri həmçinin bildirib ki, Kursk əməliyyatı nəticəsində ruslar ölkədə müharibənin getdiyini dərk edib.

 

Börns isə bildirib ki, Kurskda baş verən hadisələr elitanın bir çox üzvlərində siyasi kursun düzgünlüyünə şübhələr yaradıb: “Bu, insanlarda suallar doğurdu, biz bunu bütün elitada gördük”.

Избранный
189
50
modern.az

10Источники