Ağdaş rayonu ərazisində sentyabrın 7-də saat 23 radələrində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Redaktor.az-a Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
08:52
Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Redaktor.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.