RU

"... sosial rifahın artırılmasına böyük təsir göstərir" – İQTİSADÇI ALİM

"Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda işsizliyin azaldılması məqsədilə aktiv məşğulluq proqramları tətbiq edilir. Əmək qabiliyyətinə malik olan şəxslərin işlə təmin edilməsi və əmək bazarında möhkəmlənməsi sosial rifahın artırılmasına böyük təsir göstərir. Aktiv məşğulluq siyasətinin nəticəsi olaraq, bu ərazilərdə yeni iş yerləri açılır və insanların iqtisadi imkanları genişlənir"

Bu sözləri QHT.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, iqtisadçı alim Elşad Məmmədov bildirib. Onun sözllərinə görə, nəzərə almaq lazımdır ki, sosial ödənişlər və müavinətlər inflyasiya nəticəsində xeyli dərəcədə dəyərsizləşir, lakin məşğulluq sahəsində insanların aktiv şəkildə olması onların iqtisadi imkanlarını genişləndirir: "İşğaldan azad olunmuş ərazilərdə də bu yanaşmalar tətbiq edilir. Yeni iş yerlərinin açılması, aktiv məşğulluq siyasəti və daha çox insanın həmin ərazilərdə işlə təmin olunması, əmək bazarında üstünlüklər əldə etməsi, aktiv məşğulluq siyasətinin həyata keçirilməsinin təzahürüdür".

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
122
25
qht.az

10Источники