RU

Ermənistanda DEMOQRAFİK BÖHRAN - Əhali 800 min nəfər AZALACAQ

Ermənistan əhalisi yaxın 10 ildə 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın Hesablama Palatasının sədri Nairi Sarkisyan yayıb.

"Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq", - Sarkisyan bildirib.

Onun sözlərinə görə, əsas səbəblər doğum səviyyəsinin aşağı olması, mühacirət və 44 günlük müharibənin nəticələridir.

O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada müharibə başlayandan sonra Rusiyaya gedən vətəndaşların sayı azalsa da, ABŞ-da yaşıl kartlar qazanmaq üçün növbələr yaranıb. 

Hesablama Palatasının rəhbəri ilin sonuna kimi vətənini tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir.

Ermənistanda orta doğum əmsalı da dəyişikliklərə məruz qalıb. Rəsmi olaraq 1,6-1,7 arasındadır. Lakin Qarabağ müharibəsindən sonra çoxsaylı qurbanlar və əlillər fonunda hesablama aparılmayıb.

“Fərz edirik ki, göstərici aşağı düşüb və 1,4 ilə 1,5 arasında dəyişir”.

İşsizliklə bağlı da vəziyyət durğundur. Ölkədə 1 milyon 150 min insanın sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsizdir. 960 min nəfər isə pensiyaçılar, uşaqlar və əlillərdir.

“560 minə yaxın insan sosial müavinət və pensiya alır, qeydiyyatda olan işçilərin sayı isə 760 min nəfərdir. Yəni, təxminən 1,3 nəfər gəlir vergisi hesabına təkcə özünün və ailəsinin rifahını təmin etmir, həm də pensiya və ya müavinət ödəyir”, - Sarkisyan bildirib.

Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60%-dən çoxu hələ də əkilməmiş və istifadəsiz olaraq qalır. Eyni zamanda, su ehtiyatlarının 70%-i idarə olunmur və Ermənistandan Azərbaycana itki şəklində axır.

Sarkisyan vurğulayıb ki, bütün bunlar ölkədə fəlakətli vəziyyətə gətirib çıxarıb.

İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər, yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfərdir.

BMT 2050-ci ilə qədər Ermənistanda əhalinin 300 min azalacağını proqnozlaşdırır.

Bizim.Media

Избранный
132
18
bizim.media

10Источники