Tanınmış müğənni Selena Qomez səhhətindəki risklərə görə uşaq dünyaya gətirə bilmədiyini deyib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni müsahibəsində bildirib ki, 35 yaşına kimi ailə həyatı qurmağı planlaşdırır.
32 yaşlı müğənni 2017-ci ildə lupus xəstəliyinə görə böyrək transplantasiyası əməliyyatı keçirib. 2020-ci ildə isə səslər eşitdiyi psixotik epizod yaşadıqdan sonra ona bipolyar pozğunluq diaqnozu qoyuldu.
Qeyd edək ki, Selena daha əvvəl verdiyi müsahibələrin heç birində səhhəti ilə bağlı danışmayıb.
Fidan Nuriyeva