RU

Bakı COP29-a hazırlıqla bağlı çox peşəkar şəkildə irəliləyiş əldə edib

Bakı

Hazırda dünyada baş verən qlobal iqlim dəyişiklikləri beynəlxalq ictimaiyyəti ciddi narahat edir.

Bu fikirləri COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü, parlament seçkilərində 99 saylı Bərdə seçki dairəsindən lider namizəd Fatma Yıldırım deyib.

O bildirib ki, məhz bu istiqamətdə fəallığın nəticəsi olaraq COP29-un keçirilməsi Azərbaycana etibar edilib: "Təbii ki, bu qərarın verilməsində prezident İlham Əliyevin uğurlu siyasəti başlıca rol oynayır. Cari il ərzində COP29 çərçivəsində Azərbaycan tərəfindən mühüm tədbirlər həyata keçirilib, beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edilib. Atılan vacib addımlardan biri Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılmasıdır.

Bu platformanın məqsədi tərəflər arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir".

Fatma Yıldırımın sözlərinə görə, Bakı Qlobal İqlim Şəffaflıq Platformasını nüfuzlu beynəlxalq təşkilatlar da dəstəkləyir: "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin: "Bu platformanın yaradılması iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayacaq" - fikri də bunu deməyə əsas verir. Azərbaycanda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilir. İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında "Az karbonlu inkişaf üzrə Milli Strategiya", "Milli Adaptasiya Planı" və digər önəmli sənədlərin hazırlanmasına başlanılıb".

Q qeyd edib ki, beynəlxalq birlik iqlim dəyişiklikləri problemindən çıxış yolları axtarır: “Ümumiyyətlə, iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi olduqca əhəmiyyətlidir. İqlim dəyişiklikləri nəticəsində yaranan fəsadlar bəşəriyyət üçün təhlükə mənbəyidir. Buna görə də, beynəlxalq birlik problemlərdən çıxış yolları axtarır.

İqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycan da müxtəlif təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dünyada böyük dəstək qazanır.Bakı Qlobal Şəffaflıq Platforması bu istiqamətdə əsas vasitələrdən biri olacaq və qlobal səylərin birləşdirilməsinə imkan yaradacaq bu platforma iqlim dəyişiklikləri ilə mübarizədə şəffaflığı təmin edəcək, dövlətlər və təşkilatlar arasında əməkdaşlığı gücləndirəcək və qlobal miqyasda iqlim siyasətlərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək".

Onu da qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 konfransına hazırlıq prosesi və tədbir planlarına dair Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün ikinci brifinqini keçirib.

Brifinqdə COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini Ramin Tağıyev, həmçinin Bakıda rəsmi səfərdə olan UNFCCC Konfrans İşləri Şöbəsinin Direktoru Wasim Mir və BMT-nin Təhlükəsizlik departamentinin nümayəndəsi Kevin O’Hanlon iştirak ediblər.

Hibrid formatda təşkil edilən interaktiv brifinqə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri ilə yanaşı, ölkəmizdə akkreditə olunmuş və xarici ölkələrdə yerləşən diplomatik korpusun nümayəndələri də daxil olmaqla ümumilikdə 150-dən artıq diplomat qoşulub.

Brifinqdə geniş təqdimatla çıxış edən COP29 Azərbaycan ƏŞ-nin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP prosesinin təqviminə daxil edilən başlıca tədbirlər, fərqli istiqamətlərdə aparılan intensiv hazırlıq işləri, konfransın keçiriləcəyi Bakı Stadionunda COP29 müxtəlif məqsədlər üzrə ərazi bölgüsü və müvafiq infrastrukturun qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. COP29 zamanı bütün rəsmi tədbirlərin keçiriləcəyi məkan olan Mavi Zonanın, eləcə də müxtəlif tərəfləri innovativ iqlim yanaşmaları üçün bir araya gətirəcək Yaşıl Zonanın qurulması üzrə irəliləyişlər barədə ətraflı məlumat verilərək, işlərin plana uyğun şəkildə davam etdirildiyi bildirilib.

Brifinqə qatılan diplomatların diqqətinə çatdırılıb ki, COP29-da iştirakın təşkilati tərəfinin səmərəli və rəvan şəkildə təmin edilməsi üçün bir sıra addımlar atılıb. Belə ki, UNFCCC tərəfindən icra edilən konfransa qeydiyyat prosesi, son dövr ərzində istifadəyə verilmiş COP29 xüsusi viza xidmətinin istifadəyə verilməsi, media nümayəndələrinin akkreditasiyası, radioelektron avadanlıqların qeydiyyatdan keçirilməsi və müvəqqəti radiospektrin ayrılması, COP29 Yaşıl Zonasında tədbirlərin təşkili üçün təmin olunmuş infrastruktur və məkanların rezervasiyası, tərcümə xidmətinin rezervasiyası üçün bir sıra müxtəlif portalların fəaliyyəti ətraflı izah edilib.

Qlobal əhəmiyyətli konfransda iştirak üçün Bakıya səfər edəcək minlərlə beynəlxalq nümayəndənin müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi məqsədilə tətbiq ediləcək nəqliyyat, qonaqlama və qidalanma istiqamətində görülmüş işlər və nəzərdə tutulan əlavə tədbirlər brifinq iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, intensiv şəkildə davam edən əməliyyatların bütün fazalarında ƏŞ-nin ana hədəflərindən biri ekoloji təsirləri və karbon ayaq izinin yolverilən minimumda saxlanılmasıdır.

Bu arada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir (Wasim Mir) Azərbaycanın COP29-a hazırlığından, noyabrda uğurlu iqlim konfransının keçirilməsi üçün atılmalı olan addımlardan, keçiriləcək yan tədbirlərdən, Etimad Fondunun hansı ölkələr üçün nəzərdə tutulmasından danışıb: “Yanvar ayında buraya faktaraşdırıcı missiyanın rəhbəri kimi gəlmişdim və həmin vaxt biz COP29-un keçirilməsi üçün müxtəlif yerlərə baxdıq, sonda isə yekdilliklə ən uyğun yerin Olimpiya Stadionu olduğu qərarına gəldik. Həmin vaxtdan etibarən biz COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə Olimpiya Stadionunun COP-a hazırlanması istiqamətində sıx işləyirik. Bu gün isə görülən işləri qiymətləndirmək üçün buradayam. Ötən müddət ərzində məkanda hazırlıq baxımından xeyli irəliləyiş əldə olunub, düzü, Azərbaycanın COP29-u uğurla həyata keçirmək üçün çox yaxşı bir vəziyyətdə olduğuna inanıram. Hazırda bizim nəqliyyat, qidalanma, təhlükəsizlik, yaşayış yerləri və COP üçün yerinə yetirilməsi lazım olan bütün istiqamətlər üzrə inkişaf planlarımız mövcuddur”.

O, qeyd edib ki, COP BMT-nin hər il keçirilən ən böyük konfransıdır və biz COP29 üçün Bakıya 40-50 min insanın gələcəyini proqnozlaşdırırıq, yəni bu, həyata keçirilməsi kifayət qədər mürəkkəb olan bir tədbirdir. Ona görə hazırlıq çoxşaxəli olmalıdır. Ümumilikdə, bizdə yaşayış yerlərindən tutmuş təhlükəsizlik, qidalanma, IT və kommunikasiya kimi 25 fərqli istiqamət üzrə iş aparılır və bu istiqamətlərin hər birində irəliləyiş əldə olunmaqdadır. Növbəti iki ay ərzində isə bütün istiqamətlər üzrə işləri yekunlaşdırmalıyıq.Bunların fonunda bir daha vurğulamalıyam ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə sözügedən istiqamətlərdə birgə işləməkdən məmnunam. Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi 2023-cü ilin dekabrında müəyyənləşib. Yəni ölkənizin COP29-a hazırlaşmaq üçün məhdud vaxtı olub, lakin buna baxmayaraq, çox peşəkar şəkildə irəliləyiş əldə edilib.

“Tərəflərin bu konfransda iştiraka hazırlığı üçün hansı addımlar atılıb” sualına cavab verən qonaq deyib ki, əslində, tərəflər bu konfransla tanışdırlar, çünki COP hər il fərqli məkanda keçirilir. Bununla belə biz tərəflərin Bakıdakı əməliyyatın mahiyyətini tam anlamaları üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edirik. İyun ayında Bonnda keçirilən iqlim konfransı zamanı Azərbaycan komandası bütün tərəflərlə brifinq sessiyası keçirdi, həmin vaxt onlar həm təqdimat etdilər, həm də tərəflərin suallarını cavablandırdılar. Bonnda diplomatik korpus üçün də brifinqlər keçirildi. Dünən isə mən COP29 Azərbaycan Əməliyyat Şirkəti və Protokol komandası ilə birgə diplomatik korpus üçün ikinci brifinqdə iştirak etdim. Hazırlıq üçün atılan addımlar bunlardır: “COP29 çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq. Əsası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) bir hissəsi olan danışıqlar təşkil edəcək. Lakin bundan başqa yan tədbirlərimiz də nəzərdə tutulub. Onlar əsasən, vətəndaş cəmiyyətləri, BMT-nin digər strukturları və başqa təşkilatlar tərəfindən keçiriləcək. Eyni zamanda, COP Prezidentliyi tərəfindən keçirilən tədbirlərimiz olacaq. Bundan başqa, iqlim fəaliyyəti üzrə Mərakeş prosesi çərçivəsində tədbirin keçirilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı, COP29 məkanında vətəndaş cəmiyyətləri və bəzi üzv dövlətlər tərəfindən idarə olunacaq pavilyonlar da olacaq. Yəni COP-u unikal edən və iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm qlobal tədbirə çevirən əsas danışıqlarla yanaşı, bir çox müxtəlif tədbirlər də gözlənilir”.

Cavid

Избранный
102
50
xalqcebhesi.az

10Источники