RU

KİV: Rusiyaya məxsus döyüş təyyarəsi Qara dənizdə radarlardan itib - FOTO

Rusiya hərbi ictimaiyyəti Qara dənizdə Su-30SM qırıcısının itirilməsi barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, iddiaya görə, ötən gecə Saki aerodromundan havaya qalxan göyərtəsində iki pilotun olduğu döyüş təyyarəsi Qara dəniz üzərində radarlardan itib.

Onların sözlərinə görə, axtarış əməliyyatında Rusiyanın Qara dəniz donanmasının Kutç aerodromundan Mi-8 və Ka-27 helikopterləri, həmçinin An-26 təyyarəsi iştirak edib.

İddia olunur ki, Tarxankut burnundan 80 km şimal-qərbdə diametri təqribən 3 km olan neft ləkəsi, eləcə də təyyarə qalıqları, o cümlədən qanad ucu tapılıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi təyyarənin itdiyini təsdiqləməyib.


Bizim.Media

Избранный
78
21
bizim.media

10Источники