Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 il sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Məmmədov Mübariz İlyas oğlunun qalıqları dəfn edilib.
APA xəbər verir ki, Mübariz Məmmədovun qalıqları bu gün Bakının Nizami rayonunda, Keşlə qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.