Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 il sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Məmmədov Mübariz İlyas oğlunun qalıqları dəfn edilib.
Apa xəbər verir ki, Mübariz Məmmədovun qalıqları bu gün Bakının Nizami rayonunda, Keşlə qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Məmmədov Mübariz İlyas oğlu Ağdamın Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə tkin düşüb, nəşinin qalıqları orada aşkarlanıb və kimliyi müəyyən edilib.