RU

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb (FOTO)

Bakı. Trend:

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bp, MOL,INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh şirkətləriilə birlikdə bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Azəri vəÇıraq yataqları və Günəşli yatağının dərinsulu hissəsi (AÇG) üzrəmövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavəninimzalandığını elan edib.

Trend bu barədə BP-yəistinadən xəbər verir.

Bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəsttəbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi,işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verəndüzəlişlər edilir. AÇG yatağının STQ ehtiyatlarının xeyli irihəcmlərdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Yeni qaz sazişi bu gün Bakıda Neftçilər Günü və AÇG üzrəHPBS-nin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbirdə təntənəilə qeyd olunub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, bp-ninhasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel,ABƏŞ-in prezidenti Qəri Counz və AÇG-nin tərəfdaş şirkətlərininyüksək səviyyəli rəhbərləri iştirak ediblər.

Sənəd 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadəkqüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının kəşfiyyatıvə qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulmasıpotensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsində iştirak payları AÇG üzrəmövcud HPBS-də olduğu kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL(9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO(5,73%), ITOCHU (3,65%), ONGC Videsh (2,31%).

bp AÇG üzrə HPBS-nin operatoru olaraq qalır.

SOCAR-ın prezidenti cənab Rövşən Nəcəf dedi: "Bu günAzərbaycanın enerji sektoru üçün əlamətdar gündür. ÜmummilliLiderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış“Əsrin müqaviləsi”nin bu əlamətdar ildönümündə yeni qaz sazişininimzalanması SOCAR üçün yeni strateji mərhələdir. Azərbaycan qlobalenerji bazarlarında etibarlı tərəfdaş kimi enerji ehtiyatlarınındaha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirir. Bulayihə tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verməkləyanaşı, Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimimövqeyini daha da gücləndirəcək”.

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidentiQordon Birrel dedi: "STQ layihəsinə başlamaqdan çox məmnunuq, çünkibiz AÇG-nin sərbəst qaz ehtiyatlarının işlənməsində böyük potensialgörürük. Bu gün AÇG üçün həqiqətən tarixi bir gündür. Məhz öz 30illiyində AÇG-nin möhtəşəm neft uğurları ilə yanaşı təbii qazlayihəsi ilə yeni yola çıxması çox əlamətdardır.

"Son 30 ildə Azərbaycanın nəhəng dəyişiklikləri ölkəni dünyanınmühüm enerji təchizatçılarından birinə çevirmiş AÇG ilə bağlıdır.Amma bugünkü saziş də, bəlkə, ilkin HPBS qədər əhəmiyyətlidir,çünki o, AÇG-nin tarixində ilk dəfə kommersiya qazının ixracınaimkan verməklə bu əfsanəvi yatağın iqtisadi dəyərini daha dayüksəldəcək və Azərbaycanın Avropaya enerji təchizatını artırmaqplanlarını dəstəkləyəcək.“

STQ layları hazırda hasilatda olan neft laylarının altında vəüstündə olan çoxsaylı geoloji formasiyalardan ibarətdir ki, bunlarmövcud AÇG HPBS-yə əvvəldən daxil edilməmişdi. 2022-ci ildə AÇGtərəfdaşları və SOCAR qaz təzyiqinə dair məlumatların toplanmasıüçün STQ laylarına bir qiymətləndirmə quyusunun qazılması barədərazılığa gəldilər. Qiymətləndirmə quyusu 2023-cü ildə tamamlanmışvə əldə edilən məlumatların interpretasiyası gözlənilən təzyiqaralığında 4 trilyon kub futa qədər əhəmiyyətli təbii qazehtiyatlarının olduğunu təsdiqləmişdir.

Əlavəyə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQlaylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bufəaliyyətlər çərçivəsində hazırda iki prioritet laydan qaz hasiletmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir,çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkanverəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaqmümkün olacaq. Quyu mövcud Qərbi Çıraq platformasından qazılır vəilk qaz hasilatının 2025-ci ildə olacağı gözlənilir. İlkin quyudanhasil ediləcək bütün qazın alıcısının SOCAR olacağı barədə razılıqəldə edilib.

Redaktorlar üçün qeydlər

  • AÇG üzrə HPBS ilkin olaraq 20 sentyabr 1994-cü il tarixindəimzalanıb. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 45milyard dollar investisiya qoyulub. 14 sentyabr 2017-ci iltarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalanıbvə bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb.
  • İlk neft Çıraq yatağından 7 noyabr 1997-ci il tarixində əldəedilib.
  • Bu günə qədər AÇG yataqlarından təxminən 4,4 milyard barel(təxminən 593 milyon ton) neft hasil edilib ki, bu da dünyabazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa ixrac borukəmərləri ilə daşınıb.
  • Bu günə qədər AÇG-dən Azərbaycan dövlətinə ümumilikdə 57milyard kubmetrdən çox səmt qazı təhvil verilib.
  • Hazırda AÇG-də 9 platforma - 7 hasilat platforması və 2 emal,qaz kompressiyası, suvurma və texnoloji platforma var. Buplatformalardan neft və qaz dünyanın ən iri neft və qazterminallarından biri olan Səngəçal terminalına nəql olunur.

Əlavə məlumat üçün əlaqə saxlayın:

SOCAR, +994 12 5210284, +994 12 5210369, [email protected];

bp-nin mətbuat xidməti, Bakı + 994 12 525 58 95. [email protected];

bp-nin mətbuat xidməti, London + 44 (0) 207 496 4076, [email protected]

“Azəri-Çıraq-Dərinsulu
“Azəri-Çıraq-Dərinsulu
Məqalədə:
Избранный
33
35
az.trend.az

10Источники