RU

Azərbaycanda arı sancması ölümə səbəb oldu

Bərdədə arı sancması nəticəsində bir nəfər dünyasını dəyişib.

Ölkə.az "Report"un Qarabağ bürosuna istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun Nazırlı kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Rüfət Çıraq oğlu Tağıyevi arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
11
olke.az

10Источники