Bərdədə arı sancması nəticəsində bir nəfər dünyasını dəyişib.
Ölkə.az "Report"un Qarabağ bürosuna istinadən xəbər verir ki, hadisə Bərdə rayonunun Nazırlı kəndində qeydə alınıb.
Kənd sakini 1976-cı il təvəllüdlü Rüfət Çıraq oğlu Tağıyevi arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib.
O, xəstəxanaya aparılarkən yolda ölüb.