\"Hizbullah” hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Aqil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb.
AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bu məlumatı İsrail ordusunun mətbuat xidməti təsdiqləyib.
\"Zərbələr nəticəsində Aqillə birlikdə \"Radvan” dəstəsinin (\"Hizbullah”ın elit bölmələri – red.) yüksək komandanlığının nümayəndələri də öldürülüb”, - bəyanatda deyilir.