"Footblall-plus.az" xəbər verir ki, bu sözləri futzal üzrə millimizin baş məşqçisi Vitali Borisov Çexiyaya 2:6 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
Mütəxəssis azfutzal.az-a açıqlamasında ikinci hissəyə pis başladıqlarını bildirib:
“Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi. “5-in” “4-ə” oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı. Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq. Ola bilsin, yorğunluq da sözünü desin. Çünki 7-8 futzalçı ilə oynadıq”.
O, komanda üzvlərinin sona qədər mübarizə apardıqlarını vurğulayıb:
“Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq. Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdı”.