RU

“Ukrayna Rusiya ilə danışıqlar planı üzərində işləyir, artıq onlayn görüşlər olub” – Zelenski

Ukrayna Rusiya ilə istənilən formatda danışıq üçün başlanğıc və təməl olacaq plan üzərində fəal işləyir, planın üç bəndi artıq hazırdır.
Tribunainfo.az xxəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski cümə günü, sentyabrın 20-də jurnalistlərlə görüşdə deyib.
Prezident deyir ki, artıq üç məsələ hazırlanıb və Rusiya Federasiyasının nümayəndələri ilə onlayn formatda görüşlər keçirilib, yenə də oflayn və onlayn görüşlər olacaq.
Eyni zamanda o, hesab edir ki, Rusiya Federasiyası müharibəni davam etdirmək istəyir:
“Biz Rusiyanı ikinci zirvə toplantısında görməyə hazır olduğumuzu söylədik, çünki bizim tərəfimizdə olan və həmişə Rusiyanın təcavüzünə qarşı olan ən yaxın müttəfiqlərimiz də daxil olmaqla, hamısı dedi ki, Rusiya ikinci Sammitdə olmalıdır. Çünki Rusiya Ukraynaya qarşı müharibə aparır. Tərəflərdən biri olmadan müharibə başa çata bilməz. Və dediyimiz kimi, noyabrın əvvəlində bütün plan hazır olacaq. Bu, Rusiya ilə istənilən formatda danışıq üçün başlanğıc və təməl olacaq. İstənilən formatda, hər hansı bir nümayəndəsi ilə, çünki bir plan və göstərmək üçün bir şey olacaq. Bəyənməsələr, onların reaksiyası konkret olaraq aydın olacaq, nəinki ümumi – yəni biz heç nə istəmirik və müharibəni davam etdirəcəyik”.
Избранный
133
50
tribunainfo.az

10Источники