RU

ATV bu şəxsi məhkəməyə verəcək!

  Özünü “Post TV”nin direktoru olaraq təqdim edən Samir Feyruzov adlı şəxs feysbuk hesabında ATV ilə bağlı həqiqəti əks etdirməyən post paylaşıb.

Bu barədə OLAY-a Azad Azərbaycan Televiziyasının mətbuat xidmətindən informasiya verilib.

Məlumatda yazılıb:

“Bu şəxsin sözlərinə görə, bir müddət əvvəl ATV telekanalına təklif olunan seriallardan birinin qəbul edilməməsinin səbəbi kimi həmin layihədə trans, gey obrazının olmaması olub. Və həmin obraz seriala daxil edildikdən sonra layihə ekranlaşdırılıb. Samir Feyruzovun, heç bir fakt ortaya qoymadan, ATV-nin imicinə xələl gətirmək istəyi, telekanalın ünvanına şər-böhtan atması yol verilməzdir. Biz ATV telekanalı olaraq, həmin şəxsdən yazdığı postla bağlı faktları təqdim etməsini tələb edirik. Əks halda, bu yazının sifarişli yazı olması ehtimalı dəqiqləşəcək və biz ATV telekanalının imicinə xələl gətirməsi, həqiqəti əks etdirməyən məlumatları paylaşması və telekanalın ünvanına şər-böhtan atması, kanalı təhqir etməsi ilə bağlı məhkəməyə müraciət edəcəyik. Mətbuat Şurası, Media İnkişaf Agentliyi və Audiovizual şuradan məsələni diqqətdə saxlamağı və bu mövzunu araşdırmaqlarını xahiş edirik”.  

Избранный
3
21
referans.az

10Источники