"Liverpul" 33 yaşlı mərkəz müdafiəçisi Vircil van Deyklə müqaviləni uzatmaq istəyir. Matc.az xəbər verir ki, bu barədə məlumatı "X" sosial şəbəkəsində jurnalist Nikolo Sakira paylaşıb. Bildirilir ki, niderlandlı futbolçu müqaviləsinin 2027-ci ilə qədər uzadılmasını istəyir. Van Deykin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Qeyd edək ki, müdafiəçi 2018-ci ildən "Liverpul"un şərəfini qoruyur. Bu müddət ərzində o, bütün turnirlərdə 276 matçda iştirak edib, 24 qol vurub və 12 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта