RU

Tanınmış futbolçuya silahlı hücuma görə 5 nəfər həbs olunub

Türkiyə millisinin və "Fənərbaxça” klubunun sabiq futbolçusu Serhat Akına silahlı hücum təşkil edən şəxslərdən 5-i həbs olunub, 1 şübhəli məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.Bu barədə "NTV spor” məlumat yayıb.

Həbs olunan şəxslər "qəsdən adam öldürməyə cəhd” maddəsi ilə ittiham edilirlər.

Məhkəmə nəzarəti ilə sərbəst buraxılan şəxs isə 250 min TL qarşılığında hücumda iştirak etdiyini bildirib.

Serhat Akın ekspert kimi çıxış etdiyi proqramdan qayıdarkən silahlı hücuma məruz qalıb. O, ayağından yaralanıb.

www.anews.az
Избранный
27
12
anews.az

10Источники