RU

Suriya ilə sərhəddəki İraq hərbçiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib

İraq ordusunun Suriya və digər ölkələrlə sərhəddə yerləşən bölmələri tam hazırlıq vəziyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Yəhya Rəsul İNA xəbər agentliyinə müsahibəsində bildirib.

Yəhya Rəsulun sözlərinə görə, İraq qoşunları ölkənin suverenliyini qorumaq üçün üzərinə düşən vəzifələri yerinə yetirir. Hazırda İraqın qonşu dövlətlərlə, o cümlədən Suriya ilə sərhədlərinin qorunması üçün bütün lazımi tədbirlər görülüb. Bölmələr tam döyüş hazırlığı vəziyyətindədir.

Rəsul əlavə edib ki, İraq Livana humanitar yardım göstərməkdə davam edir və livanlı qaçqınların ölkəyə daxil olmasına icazə verir.

Qeyd edək ki, oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri Livanda quru əməliyyatına başladığını elan edib.

Poliqon.info

Избранный
107
18
poliqon.info

10Источники