"Son bir il ərzində prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 7 qəsdən adamöldürmə cinayətinin daxili işlər və dövlət təhlükəsizliyi orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilib, onlardan 4 işin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib".
İqtisadiyyat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bildirib.
"Eyni zamanda ötən bir il ərzində qeyri-aşkar şəraitdə törədilmiş 24 qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılmasının təmin olunması xüsusi qeyd edilməlidir", - K.Əliyev əlavə edib.