Bu gün Hizbullah hərəkatı bəyanat yayaraq, öldürülən Həsən Nəsrullahın yerinə yeni baş katib Haşim Səfiuddinin təyin olunması ilə bağlı xəbərləri təkzib edib. “Həsən Nəsrullahın ölümündən sonra Hizbullahın yeni baş katibinin seçilməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Hizbullah hərəkatı tərəfindən rəsmi açıqlama verilmədikcə, yayılan məlumatlar etibarlı sayılmır”, - deyə, bəyanatda vurğulanıb. Qeyd edək ki, bir sıra xəbər agentlikləri Hizbullahın yeni lideri vəzifəsinə Haşim Səfiuddinin seçildiyinə dair paylaşımlar ediblər. (Alalam) Eltun Məmmədov
Diqqət Çəkənlər
Sabirabad sakini Şirvanda külli miqdarda heroinlə tutuldu
İranda spirtli içkidən ölənləri sayı artdı
Rusiya yenidən İran dronları ilə Ukraynaya kütləvi hücum etdi