RU

“Qarabağ” – “Malmö” oyununda anşlaq olacaq – FAKT

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) oyununa bilet satışı davam edir.

İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 18 min bilet satılıb.

Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:45-də başlayacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Избранный
2
49
idmanxeber.az

10Источники