Pentaqonun rəhbəri Lloyd Ostin X sosial şəbəkəsində diqqət çəkən paylaşım edib.
Gazeta.ru-nun yaydığı məlumata görə o, səhifəsində İranın İsrailə hücumundan sonra İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığı apardığını və bunu təcavüz aktı adlandırdığını yazıb.
“Nazir Qalantla mən bir-birimizi İranın atdığı 200-ə yaxın ballistik raketdən İsrailin koordinasiyalı müdafiəsinə görə təqdir etdik və yaxın təmasda olmaq öhdəliyini götürdük”, - deyə Ostin paylaşıb.
O, həmçinin İsraildə törədilən dəhşətli terror atışması nəticəsində zərər çəkmiş ailələrə başsağlığı verib.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin hücuma məruz qalması barədə məlumat yayıb. TSAXAL İranın İsrailə kütləvi raket hücumuna başladığını elan edib. “The Jerusalem Post” qəzeti yazıb ki, əməliyyatlar zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.
Tural