RU

Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
"Report"un məlumatına görə səfər, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə keçirilmiş "İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları artıq işğaldan azad olunmuş Ağdam şəhərindədirlər.
Səfərdə Azərbaycan Ombudsmanı Səbinə Əliyeva, eləcə də Türkiyə, Macarıstan, Qırğızıstan, Filippin, Keniya, Şimali Makedoniya, Mərakeş və Moldovadan ombudsmanlar, milli insan hüquqları institutlarının rəhbərləri, informasiya komissarları və insan hüquqları sahəsində ekspertlər iştirak edirlər.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş genosid, urbisid, ekosid, kultursid cinayətləri və digər faktlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda yerində müşahidənin həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, oktyabrın 2-də 30-a yaxın ölkədən 60-dan çox qonaq, o cümlədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər - ümumilikdə 200-dən çox şəxsin iştirak etdiyi Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilib.
Forumda qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə edilib, bu sahədə mövcud müsbət təcrübələri paylaşılıb.
Yekunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun Bəyannaməsi səsləndirilib və qəbul olunub. Bəyannamə ekoloji problemlərin həlli istiqamətində ombudsman və milli insan hüquqları təsisatlarının rolunun gücləndirilməsinə, həmçinin müvafiq sahədə məlumatlılığın artırılmasına öz töhfəsini verəcək.
Избранный
314
50
oxu.az

10Источники