RU

Nazir müavini: Peşə hazırlığına cəlb edilmiş şəxslərin işlə təmin olunması 75%-ə yaxınlaşıb

2030-cu ilə qədər Məşğulluq Strategiyası təsdiq olunub.

Bunu Bakıda “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib

“Peşə hazırlığı proqramları bizim üçün ən cəlbedici proqramdır. 10 peşə hazırlığı müəssisəsinin yaradılması nəzərdə tutulub. 2021-ci ildən peşə hazırlığı tədbirlərinə başlanılıb. İl ərzində 15 000 şəxsin peşə hazırlığı səviyyəsinə çatmasına nail olmuşuq. Həmin şəxslərin işə düzəlməsi 75 faizə yaxınlaşıb”, – deyə nazir müavini bildirib.

O qeyd edib ki, nazirlik tərəfindən işsiz və işaxtaranlar üçün məşğulluq proqramı həyata keçirilir:

“Həmçinin işsiz və işaxtaran şəxslər peşə hazırlıqlarına cəlb edilir. Bizim peşə hazırlıqlarımız əmək bazarına uyğun təşkil edilir. 170-ə yaxın peşə ixtisası üzrə təlimlər keçə bilirik. Növbəti ildə bu sahədə özəl sektorla əməkdaşlığımızı genişləndirməyi planlaşdırırıq”.

Избранный
19
35
banker.az

10Источники