RU

Qurban Qurbanov hara, Roman Qriqorçuk hara!

Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1658 xala malikdir. O, dünyada 140-cıdır.

Avropa Liqasının Liqa mərhələsindəki iki məğlubiyyətlə 17 xal itirən 52 yaşlı mütəxəssis 7 pillə geriləyib. O, Şenol Günəş və Domeniko Tedesko kimi çalışdırıcıları üstələyir.

“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. O, Xorxe Sampaoli, Fatih Terim, Artur Jorje, Massimiliano Alleqri, Erik Ten Haq, Ange Postekoqlu kimi tanınmış mütəxəssisləri qabaqlayıb.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 183-cüdür. Portuqaliyalı Berdıyevlə Qurbanovdan geri qalsa da, Vensan Kompani və Deyan Stankoviç kimi simaları qabaqlayır.

“Neftçi”nin dünən istefaya göndərdiyi sabiq baş məşqçisi Roman Qriqorçuk dünyanın 414-cüsüdür. O, Azərbaycandan 1480 xalla gedir.

Siyahıya “Mançester Siti”nin 2239 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir. Antonio Konte 2089 xalla ikinci, Unai Emeri 2071 xalla üçüncüdür.

Избранный
35
5
sportinfo.az

7Источники