RU

İsrail-İran münaqişəsi: gərginlik son nöqtəyə nə vaxt çatacaq?

İsrail-İran

Tehran Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökumətinin yeni zərbə mübadiləsi zamanı məqbul hədləri aşacağından ehtiyat edir. İranlı deputatlar hakimiyyətdən nüvə doktrinasına yenidən baxılmasını və yəhudi dövlətinin enerji infrastrukturuna hücumların işlənib hazırlanmasını tələb ediblər. Artan gərginlik ABŞ-ı əsəbiləşdirir və o, müttəfiqindən qarşıdakı hərbi əməliyyatlar haqqında tam hesabat istəyir. Ekspertlərin fikrincə, ABŞ-nın köməyi olmadan İranın infrastrukturuna güclü hücumlar həyata keçirmək mümkün deyil.

Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.

Rusiya nəşrinin təhlilində qeyd olunur:

İran parlamentinin 39 üzvündən ibarət qrup Tehrandan nüvə doktrinasına düzəlişlər etməyi tələb edib. Deputatlar Ali Milli Təhlükəsizlik Şurasına məktub göndərərək, nüvə bombası yaratmaq üçün rəsmi icazə tələb ediblər.

Qadağa İranda 2003-cü ildən Ali dini lider Əli Xamnəinin verdiyi fitvaya görə qüvvədədir. İran rəsmiləri beynəlxalq ictimaiyyəti hərbi atomun inkişafı ilə bağlı heç bir ambisiyasının olmadığına inandırmağa çalışarkən, dəfələrlə bu teoloji qərara müraciət ediblər. Deputatların fikrincə, indi İsrailin görünməmiş hərbi fəaliyyətinə görə bu cür qadağalardan əl çəkməyin vaxtı çatıb.

"Nüvə silahı istehsalı bizim üçün asan olacaq, - deyə deputat Məhəmməd Rza Sabagian Bəfqi əmin edib. - İndiki şəraitdə çəkindirici qüvvə yaratmaq və milli təhlükəsizliyi təmin etmək üçün nüvə silahının yaradılmasına imkan vermək lazımdır”.

Üstəlik, deputatlar müəyyən şərtlər daxilində regional düşmənin enerji infrastrukturunu məhv etməyə çağırırlar.

Bəqfi deyib: "Əgər sionistlər (İsrail – red.) İranın neft obyektlərinə hücum etsələr, cavabımız daha güclü olacaq. İranın enerji təhlükəsizliyini zəiflətmək üçün düşmənlərin aqressiv hərəkətləri cavabsız qalmayacaq. Bu dəfə İsrailin və sionist rejimin müttəfiqlərinin bütün neft obyektləri bizim üçün qanuni hədəf olacaq”.

İrana hücum planları ABŞ-İsrail danışıqlarının gündəmində əsas yer tutur. Oktyabrın 9-na keçən gecə yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant Vaşinqtona uçmalı idi, lakin səfər bir neçə saat ərzində təxirə salınıb.

“Kan-11” telekanalının mənbələrinə görə, Netanyahu səfəri təsdiqləməkdən imtina edərək, əvvəlcə Baydenlə telefon danışığı aparmasına israr edib. Nəticədə Ağ ev yüksək səviyyəli söhbəti oktyabrın 9-na - liderlər arasında dialoqda uzun fasilədən sonra təyin etməyə məcbur olub.

İsrail ordusu hesab edir ki, İrana hücum planı Pentaqonla ilkin müzakirələri tələb edəcək. Bundan əlavə, İsrailin müdafiə departamentinin rəhbəri Vaşinqtona yerli hava hücumundan müdafiə sistemi üçünraketlərin tədarükü zərurəti ilə bağlı sorğunu çatdırmalı idi, iranlıların fikrincə, raket hücumları zamanı bu sistem xeyli tükənmişdir.

Lakin ABŞ-nın İslam Respublikasına hücum planlarının hazırlanmasında iştirak etmək istəyi o qədər də açıq görünmür. “The Wall Street Journal”-ın mənbələri iddia edir ki, Bayden administrasiyası İsrail hökumətinin mühüm təxribat əməliyyatları başlamazdan xeyli əvvəl xəbər verməkdən imtinasından olduqca məyusdur.

Qəzetin həmsöhbətlərinin fikrincə, narazılığa səbəb sentyabrın 27-də “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın öldürülməsi olub. Bundan sonra Qallantın üstünə qışqıran ABŞ-nın müdafiə naziri Lloyd Ostin israilli vəzifədaşını “Hizbullah”ın kütləvi cavabı halında təkbaşına müdafiəyə hazır olub-olmadığını soruşub.

Hələlik Birləşmiş Ştatlar bölgədə gərginliyin azaldılması tələbinə dayaqlanır. İsrailin “Channel 12l”-i Bayden administrasiyası və ərəb dünyası ölkələrinin İsrail sərhədlərinin perimetri boyunca bütün cəbhələri sabitləşdirəcək atəşkəslə bağlı İranla məxfi danışıqlar apardığını bildirib. Söhbət Livan və Suriyanın cənubundan, İraqdan və Yəməndən gedir.

Bu məlumata görə, Netanyahu hökuməti hələlik bu təşəbbüsə qoşulmayıb, lakin İsrail rəsmiləri danışıqlardan xəbərdardır. "İndi biz güclü mövqedəyik və atəşkəs bizim şərtlərimizlə olacaq", - deyə “Channel 12”-nin mənbəsi izah edib.

O əlavə edib ki, şərtlərə Livanın cənubundakı “Hizbullah” mövqelərinin tamamilə dağıdılması daxildir.

Maraqlıdır ki, Tehran da öz növbəsində Körfəz ölkələri ilə öz kommunikasiya kanallarını aktivləşdirib. İslam Respublikası qonşularına xəbərdarlıq edib ki, İsrailə onun ərazisinə hücum etmək üçün istənilən yardım təcavüz aktı kimi qiymətləndiriləcək.

“İran açıq şəkildə bəyan edib ki, Körfəz ölkələrinin Tehrana qarşı istənilən hərəkəti, istər hava məkanına, istərsə də hərbi bazalara çıxışı təmin etmək olsun, Tehran tərəfindən bütün ölkələr qrupunun (Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası – red.) atdığı addımlar kimi şərh olunacaqvə Tehran buna uyğun reaksiya verəcək”, - deyə iranlı mənbə “Reuters”-ə izah edib.

Rusiyanın ABŞ-dakı səfirliyinin keçmiş əməkdaşı və beynəlxalq münasibətlər üzrə ekspert Vladimir Frolov NG-yə deyib:

“Düşünürəm ki, Bayden və komandası eskalasiyanı istəmir. Əvvəla, onlar İranın nüvə obyektlərinə Amerikanın iştirakı olmadan təsirli şəkildə məhv edilə bilməyən bir zərbə endirilməsini istəmirlər və bunlar basdırılmış hədəflərdir”.

NG-nin həmsöhbəti xatırladıb ki, ABŞ indiyədək İsrailə nüfuz edən döyüş başlığına malik yüksək güclü bombalar verməkdən imtina edib.

Frolov vurğulayır ki, bu vəziyyətdə, hətta İrana ilk reyd zamanı Amerika aviasiyası, o cümlədən B-2 strateji bombardmançı təyyarələri iştirak etməli idi. Ekspertin sözlərinə görə, bu, İsraili “qulaq asmağa” və gələcək üçün belə bir zərbəni təxirə salmağa məcbur edir.

Frolov deyib: "İsrailin Baydenlə münasibətləri tamamilə pozulub. Netanyahu sadəcə ona yalan danışır”.

Ekspert Nəsrullahın aradan götürülməsindən bir müddət əvvəl Baydenin Fransa prezidenti Emmanuel Makronla birlikdə açıq şəkildə təqdim etdiyi və İsrail tərəfindən pozulan “Hizbullah”la atəşkəs razılaşmasını xatırladıb.

"Netanyahu Donald Trampın hakimiyyətə gəlişini gözləyir", - Frolov qeyd edib. Onun sözlərinə görə, Bayden komandası narahatdır ki, Yaxın Şərqdə eskalasiya böyük ərəb icmasının yaşadığı Miçiqan ştatında demokratların reytinqlərinə zərbə vuracaq və seçkinin nəticəsini əvvəlcədən müəyyən edəcək:

"Beləliklə, Bayden dövründə münasibətləri bərpa etmək artıq mümkün deyil".

Y. QACAR
Избранный
156
50
reyting.az

10Источники