RU

Tələbə ürəktutmasından vəfat etdi

Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisasının bakalavr məzunu vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Naxçıvan Dövlət Universiteti sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, Bakı Musiqi Akademiyasının magistr tələbəsi olan Sərvət İbrahimov dünən qəflətən ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Sərvət 2020-2024-cü illər tarixində 4 dəfə Heydər Əliyev , 2 dəfə isə Ü.Hacıbəyli adına təqaüdə layiq görülmüş və bunların nəticəsində 2024-cü ildə İncəsənət fakültəsini ən yüksək ÜOMG ilə bitirmişdi.

Избранный
49
7
qafqazinfo.az

9Источники