RU

"Barselona" hələ də Messiyə pul ödəyir

"Barselona" hələ də argentinalı hücumçu Lionel Messiyə olan borcunu ödəməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Klub Messi ilə yanaşı, Serxio Buskets və Jordi Albaya da pul ödəməyə davam edir. "Barselona"nın koronavirus pandemiyası zamanı ödənilməsi gecikən maaş borcu var. Borcun ümumi məbləği 2020/21 maliyyə ili üçün hesabata daxil edilib, bu, cari ildə "Barselona"nın büdcəsinə təsir göstərmir.

"Barselona" 2024/25 mövsümünün sonunda keçmiş kapitanı ilə Lionel Messiyə borcunu bağlayacaq.

Qeyd edək ki, Messi 2000-ci ildə 2021-ci ilədək "Barslona"da çıxış edib. Klubdan ayrılaraq PSJ-yə üz tutan argentinalı 2023-cü ildə "İnter Mayami" ilə müqavilə bağlayıb.

Aydın

Избранный
80
3
qaynarinfo.az

10Источники