RU

Bu il Azərbaycan nə qədər neft-kondensat ixrac edib?

Bu ilin 9 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 21,6 mln. ton, ixraca nəql edilən həcmlər isə 17,9 mln. ton olub.

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

Bu dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 mlrd.m3 artımla hasil edilmiş 37,1 mlrd.m3 qazın 18,4 mlrd.m3-i ixrac olunub.

 

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.


Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.


Bizim.Media

Избранный
24
9
bizim.media

10Источники