RU

İntihar edən yeniyetmə bu məktəbin şagirdi imiş - YENİLƏNİB

Astara rayonunda yeniyetmə intihar edib.

Modern.az-ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmə Məhəmmədəli Qəmxarov Astara rayon Vaqo kənd tam orta məktəbinin peşə təmayüllü sinifinin 11-ci sinfində təhsil alırmış

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Siyakü kəndində baş verib.

***

10:20

Astarada kollec tələbəsinin meyiti tapılıb.

"Cebheinfo.az" APA -ya istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib. Kənd sakini 2007-ci il təvəllüdlü Məhəmmədəli Şamil oğlu Qəmxarovun meyiti yaşadığı evdə aşkarlanıb.

Qeyd edək ki, 17 yaşlı gəncin intihar etdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"

Избранный
30
50
cebheinfo.az

10Источники