RU

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...


Vüqar Zeynalov Bərdədəki əməllərini indi də  Gəncədə davam  etdirir...


İlham Əliyev: “ Sahibkara mane olmaq  dövlətə xəyanətə bərabərdir” 


Azərbaycan  Qida  Təhlükəsizliyi  Agentliyinin ( AQTA ) Gəncə-Daşkəsən Regiona Bölməsinin rəisi Vüqar Zeynalov barəsində son vaxtlar  ölkə mediasında  yayılan neqativ  materiallara   aydınlıq  gətirmək üçün media üzərindən araşdırma  aparmalı  olduq. Araşdırma zamanı məlum oldu ki, Vüqar Zeynalov 2020-ci ildə  AQTA-nın Bərdə RB-nin rəisi olarkən orada da  sahibkarlara  qənim kəsilibmiş. O zaman mediada yayılan “Qoşqar Təhməzlinin Bərdədəki adamından rüsvayçı hərəkət”  başlıqlı  yazılarda qeyd olunur ki, məcburi  köçkünün bir inəyinə görə, Vüqar Zeynalov  olmazın  hoqqalar göstərib.Belə ki,  AQTA-nın  Bərdə Regional İdarəsinin rəisi Vüqar Zeynalov rayonda yaşayan ağdamlı köçkün Elmir Abbasovun başına oyun açıb.E.Abbasova aid iki inək regional idarə tərəfindən yoxlanışdan keçib, Forma 1 arayışı təqdim olunub, xəstəlik olmadığı qeyd edilib və kəsilməsi münasib bilinib. Bundan sonra məcburi köçkün sevincək heyvanlarını götürüb Ağcabədiyə yollanmaq istəyib ki, satıb ailəsinə çörək pulu aparsın.Amma “sən saydığını say, gör Vüqar Zeynalov nə sayıb”. O, qəfildən fikrini dəyişərək verdiyi arayışa baxmayaraq, E.Abbasova qoşularaq Ağcabədiyə gedib. Halbuki, Ağcabədi AQTA-nın Bərdə regional idarəsinə tabe olmayıb. Amma  V.Zeynalov qanunun həddini aşaraq, əsassız yerə 2 inəyə görə, Ağcabədiyə gedib. Burada E.Abbasovun heyvanlarına baxılıb, ətə möhür vurulub, kəsilməsinə başlananda AQTA-nın Bərdə regional idarəsi rəisi mane olub.V.Zeynalov fikrini belə əsaslandırmaq istəyib ki, guya ətin sağlam olmasından şübhələnir. Hərçənd ki, özü Forma 1 arayış verib.Bundan sonra E.Abbasovun heyvanlarını götürən V.Zeynalov onları Ağdama apardıb. Və yenə də burada qanunu pozub. Çünki Ağdam da AQTA-nın Bərdə RB-ə tabe deyildi.  O isə qanunları ayaqlar altına ataraq, guya heyvanları laboratoriya edəcəyi adı ilə Ağdamda hansısa ərazidə saxladıb.Bütün bu əhvalatdan sonra E.Abbasov Baş Prokurorluğa və Bərdə Rayon Prokurorluğuna müraciət edib, AQTA-nın “qaynar xətt”inə məlumat verib.Amma...AQTA-nın sədri cənab Qoşqar Təhməzli  Vüqar Zeynalov barəsində  tədbir görmək əvəzinə, onun vəzifəsini, daha dəqiq desək “təsir dairəsi”ni böyüdüb və Bərdədən Gəncəyə “transfer” edib. Beləliklə Vüqar Zeynalov AQTA-nın  Gəncə-Daşkəsən RB-nin rəisi təyin olunub. Biz əbəs yerə yazmadıq ki, Vüqar Zeynalovun “qazanc dairəsi”  genişlənib. Çünki Gəncə-Daşkəsən bölməsi Gəncə, Naftalan kimi şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux kimi  rayonları əhatə edir. Fikir verdinizmi, sahibkarın Baş Prokurorluğa, Bərdə Rayon prokurorluğuna şikayətinə, AQTA-nın “qaynr xətti”nə müraciətinə baxmayaraq  Vüqar  Zeynalov  nəinki cəza  almayıb, hətta  “mükafat”  olaraq, ona  Gəncəni  “veriblər”.  Beləliklə  Vüqar Zeynalov özünü  toxunulmaz  hesab edərək daha  böyük qanunsuzluqlara yol verir. Yəni Bərdədəki əməllərini ölkənin ikinci böyük şəhəri Gəncədə daha pis formada davam edir. Təkrarçılığa yol verməmək üçün Vüqar Zeynalovla bağlı son günlər ölkə mediasına daxil olan xəbərlərlə bağlı hazırlanmış  sonuncu  yazını əlavə edirik. * * * 

İlk öncə onu qeyd edək ki, QİDA TƏHLÜKƏSİZLİYİ  müasir  dünyada  MİLLİ TƏHLÜKƏSİZLİYİN  ən vacib  sahələrindən biridir.
Bunu nəzərə alan cənab Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb.Təəssüf ki, cənab Prezidentin bu xoşməramlı, mühüm qərarı  AQTA-nın bəzi vəzifəli şəxsləri, konkret desək AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin rəisi Vüqar Zeynalov tərəfindən öz şəxsi maraqlarına  yönəldi.Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional Bölməsi sahibkarlıq fəaliyyətinə ciddi  maneələr törədir.Son günlər ölkənin tanınmış media qurumları ( Hurriyyet.Az, AzToday.az  və digərləri )  Yerli.media saytına istinadla yazırlar.Sahibkarların  sözlərinə görə, regional bölmənin əsas hədəfi xüsusilə kiçik sahibkarlıqla məşğul olanlardır.Sahibkarlar deyir ki, bölmənin rəisi Vüqar Zeynalovun göstərişi ilə yersiz olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb edilir.Lakin müəyyən obyektlər var ki, onlar toxunulmazdır. Vüqar Zeynalovun himayəsi altında olan həmin müəssisələrdə hər hansı yoxlama, reyd aparılmır.Bu arada "Quseynoff" şirkətinin də Vüqar Zeynalovun hədəfinə gəldiyi barədə mediada  məlumat yayılıb.  Məlumatı dəqiqləşdirmək üçün şirkətin rəhbəri Emin Hüseynovla əlaqə saxlamışıq.Emin Hüseynov bu məlumatla yanaşı, sahibkarların iddialarını da təsdiqləyib:"Faktiki olaraq AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maneələr törədilir. Konkret olaraq bizimlə bağlı məsələyə gəlincə, "Quseynoff" şirkətinin məhsulları bütün standarlara cavab verir. Biz hələ məhsulları satışa buraxmamışdan əvvəl Vüqar Zeynalov həmin məhsullara baxış keçirib  və heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, şirkətimiz regional bölmənin hədəfindədir. Mən bundan əvvəl rəhbərlik etdiyim şirkətlərdə  oxşar hallarla üzləşmişəm. Eləcə də "Quseynoff"MMC, daha sonra "DEMONN" MMC ilə qəsdən problem yaradırlar", - deyə Emin Hüseynov bildirib.Beləliklə, aydın olur ki, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi qida təhlükəsizliyi adı altında sahibkarlara qarşı səlib yürüşünə başlayıb.Bir neçə gün əvvəl Gəncədə 15 nəfərin, ondan əvvəl isə 105 nəfərin zəhərləndiyi barədə məlumat yayılmışdı. Məlum olmuşdur ki, yas məclisində zəhərlənən şəxslər Gəncədə istehsal olunan qida məhsullarından zəhərlənib. Görəsən, cənab Vüqar  Zeynalov hara baxırmış ?İndi isə keçək  Vüqar Zeynalovun əməlləri ilə bağlı NUH.az-a  daxil olan son məlumatlara.Sahibkarlar  deyir ki, Gəncə şəhərində, “Mərkəzi bazar”  ətrafında , yeni  “Grand Kavkaz “   bazar ətrafı  və şəhərin bir cox yerlərində “içalat kababı “ adıyla antisanitariya şəraitində, yerdə , beton , asfalt üstündə su şlanqı ilə yuyulub, sonra acıq havada kabab adı ilə əhaliyə satılan natəmiz içalati  AQTA görməzliyə vurur. Çünki bu obyektlər Vüqar Züynalovun maddi-maraq dairəsinə daxildir.Şəhər mərkəzində  peraşki satan köşklərin çoxu həftələrlə yanmış  yagı dəyişmədən istifadə  edirlər.Vuqar Zeynalov cənabları bunları niyə görmür, daha doğrusu, görmək istəmir ?  Vüqar Zeynalov  əməkdaşlarını  ancaq  o obyektlərə göndərir ki, o obyektlərin  sahibi  olan  sahibkarlar  ona  “aylıq”  vermirlər.Narazı sahibkarlar onu da qeyd edir ki, Vüqar Zeynalovun yoxlamaya  gələn əməkdaşları restoranlara, kafelərə adi geyimdə daxil olurlar,  nə steril papaq, nə əlcək, nə bahil  və s  istifadə etmirlər.AQTA əməkdaşlarının mətbəx  zonaya  adi iş paltarında daxil  olması qadağandır. AQTA əməkdaşları özləri bu qaydanı pozurlar.  Bu bir daha onu göstərir ki, Vüqar Zeynalovun əməkdaşları  AQTA-nın qaydalarını  kobud şəkildə pozurlar.Bunlar hələ harasıdır ?Qaydaya uyğun olaraq  müəssisəyə yoxlama ilə bağlı 5-10 gün əvvəl bildiriş  gəlmədən, Vüqar Zeynalovun əməkdaşları  obyektə “qoçu dəstəsi” kimi, aqressiv şəkildə daxil olurlar, sanki basqın edirlər. Və sahibkarlarda  xof-qorxu yaratmaq  üçün KAMERA ilə çəkiliş edirlər, yalandan deyirlər ki, guya  baş verənləri  AQTA rəhbərliyi  izləyir. Yoxlama zamanı  sahibkarlar özləri çəkiliş etmək istəyəndə isə AQTA-nın "qoçuları"  aqressivləşir, yoxlamanı dayandırıb, hədə-qorxuya  keçirlər ki, sahibkar çəkilişi dayandırsın.   Və bu yolla  sahibkarları  qorxu, təzyiq altında saxlayırlar.Məqsəd  sahibkarlardan PUL  ALMAQDIR. Bunun başqa adı yoxdur.Sahibkarlar haqlı olaraq onu da qeyd  edirlər ki, bircə dəfə də olsun, AQTA-nın əməkdaşları xoş niyyətlə obyektlərə daxil olub, maarifləndirici, profilaktik söhbətlər aparmır, problemləri aradan qaldırmağın yollarını göstərmirlər. Ancaq və ancaq təzyiq və repressiv formada, yekəxana hərəkətlə   sahibkarları “yükləməyə” çalışırlar. Və sahibkarların qanunları bilməməsindən sui-istifadə edərək böyük inzibatı cəzalar, böyük məbləğdə və dərhal ödənilməli  cərimələr tələb edirlər.Sahibkarlar  deyir ki, Vüqar  Zeynalov  rəisi olduğu şöbədə də özünü  eyni qaydada  aparır və əməkdaşlarına  qışqıraraq deyir ki, mən təzə təyin olunmuşam…xərcim çox çıxıb…AQTA məndən plan tələb edir…çıxın küçələrə…gələndə əli dolu gəlin…əks halda  sizi yararsız kadr kimi işdən qovacam və s…Bax, cənab Vüqar Zeynalovun iş metodu budur.Ən dəhşətlisi  odur ki, Vüqar Zeynalovun qanunsuz yoxlamaları  bitmək bilmir.Belə ki, şəffaf yoxlama  tələb edən sahibkarların obyektlərində  yoxlama  bitdikdən 1-2 ay sonra  yenidən yoxlama  başlayır. Bu isə sahibkarların fəaliyyətinə maddi  və mənəvi zərbə vurur. Sahibkarlar sonda qeyd edir ki, onlar  cənab Prezidentin siyasətini dəstəkləyirlər, dövlət başçısının sahibkarlara qayğısını alqışlayırlar. Və xahiş edirlər ki, Vüqar Zeynalovun qanunsuz əməlləri müvafiq dövlət qurumları tərəfindən araşdırılsın və layiq olduğu  cəzanı alsın.Sahibkarlar sonda təklif edir ki, Gəncə-Daşkəsən bölgəsində AQTA-nın fəaliyyəti ilə bağlı sahibkarlar arasında şəffaf və gizli  sorğu keçirilsin və onda  həqiqət ortaya  çıxacaq. 

 

P.S. NUH.az-ın əməkdaşı yazılanlara aydınlıq gətirmək üçün Vüqar  Zeynalovla telefon əlaqəsi saxlayıb. O, bildirib ki, AQTA rəhbərliyinin icazəsi olmadan heç nə deyə bilməz.


P.S.S. AQTA-nın sədri cənab Qoşqar Təhməzliyə və Vüqar Zeynalova möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sahibkarlarla bağlı bir müdrik fikrini xatırlatmaq istəyirik: “ Sahibkara mane olmaq dövlətə xəyanətə bərabərdir”.

 


Избранный
48
2
nuh.az

8Источники