RU

Azərbaycanda ən çox və ən az maraq göstərilən - SIĞORTA NÖVLƏRİ (YANVAR-APREL/2024)

Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın sığorta bazarı 1 milyard 23 milyon 707 min manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Bülletenə əsasən ən çox yığım könüllü sığortalar üzrə olub. Bu ilin 9 ayının nəticəsinə görə könüllü sığorta bazarı 765 milyon 429 min manat təşkil edib. Ondan 495 milyon 226 min manatı həyat, 270 milyon 203 min manatı qeyri-həyat258 milyon 279 min manatı icbari sığortanın payına düşüb.

Könüllü həyat sığortasında ən yüksək yığımlar 462 milyon manat olmaqla həyatın yaşam sığortası üzrə, qeyri-həyat sığortasında 103 milyon 916 min manat olmaqla şəxsi sığortası üzrə və 96 milyon 98 min manat olmaqla tibbi sığorta üzrə yığılıb.

İcbari sığorta üzrə ən yüksək yığımlar 193 milyon 366 min manat olmaqla qeyri-həyat sığortasının, ondan 126 milyon 002 min manat olmaqla  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və 66 milyon 386 min manat olmaqla daşınmaz əmlakın icbari sığortasının payına düşüb.

İlk 9 ayın nəticələrinə görə ən az maraq göstərilən sığorta növləri sərnişinlərin   yük daşıyanın mülki məsuliyyətinin könüllü sığortası (59 min manat), dəmiryol nəqliyyatı vasitələrinin sığortası (50 min manat), işçilərin dələduzluğu sığortası (86 min manat) və digər icbari sığorta növləri (33 min manat) olub.

Избранный
32
12
fed.az

10Источники