RU

Azərbaycan avtomobil bazarı Çinlə əhatə olunur: İstifadəçilər nə qazanır, nə itirilir?

Son illərdə Azərbaycan avtomobil bazarında Çin istehsalı olan avtomobillərin sayı və çeşidi əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya ilk olaraq Çili, Çeri, Çanqan və Haval kimi markaların bazara daxil olması ilə başlayıb və bu markalar getdikcə daha da populyarlaşır.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

E.Cəfərov bu markaların Azərbaycan bazarında əhəmiyyətini vurğulayıb:

“Azərbaycana ilk gələn Çin modelləri arasında Çili, Çeri, Çanqan və Haval kimi markalar olub. Bu markalar vaxtilə populyar idi və bu gün də populyarlıqlarını davam etdirirlər. Azərbaycan avtomobil bazarında Çin istehsalı olan avtomobillərin populyarlığının artmasının əsas səbəblərindən biri onların münasib qiymətləri və müxtəlif ehtiyaclara cavab verən geniş model seçimləri ilə bağlıdır. Bununla yanaşı, Çin markalarının rəqabətqabiliyyətli qiymətlərlə yanaşı, estetik və texnoloji cəhətdən cəlbedici modellər təklif etməsi də istifadəçilərin diqqətini çəkir”.

Ekspert bildirib ki, hər gün yeni bir Çin avtomobil markası və modeli bazara çıxdığı üçün artıq Azərbaycanda bu avtomobillərin müxtəlif çeşidlərini izləmək və seçim etmək çətinləşir:

“Hər gün yeni bir markanın yeni modeli çıxdığı üçün artıq onların sayı və çeşidi çoxaldığından izləmək çətinləşib. Artıq hansı modelin yaxşı, hansının pis olduğunu müəyyən etmək çətinləşib. Bu qədər geniş çeşidlərin olması, istehlakçılar arasında həm maraq, həm də qarışıqlıq yaradır. Çin istehsalı avtomobillərin Azərbaycanda geniş yayılması ölkənin avtomobil bazarına rəngarənglik qatmış və istehlakçıların seçimlərini daha da genişləndirmişdir”.

O, qeyd edib ki, Çin markalarının Azərbaycanda populyar olmasının digər əsas səbəbi onların texnologiyaya uyğunlaşması və nisbətən rahat idarəetmə sistemləri ilə diqqət çəkməsidir:

“Azərbaycan bazarında daha çox diqqət çəkən markalar Çili, Çeri, Çanqan və Haval kimi modellərdir ki, bunlar həm münasib qiymət, həm də müasir dizayn baxımından cəlbedici sayılırlar”.

Fuad Mədətov
Fins.az

Избранный
22
50
fins.az

10Источники