RU

Risklərə nəzarət və hesabatlıq şöbəsinin böyük/baş mütəxəssisi - VAKANSİYA

"Xalq Bank" ASC, Risklərin İdarə Edilməsi İdarəsinin Risklərə nəzarət və hesabatlıq şöbəsinin böyük/baş mütəxəssisi vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:        

  • Biznes proseslərin monitorinqinin keçirilməsi;
  • Bankdaxili sənədlərin risk baxımından qiymətləndirilməsi, onlara rəy və təkliflərin verilməsi;
  • Risklərə nəzarət və qiymətləndirilmənin keçirilməsi;
  • Risklərin qarşısını almaq/azaltmaq üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Mümkün riskləri aradan qaldırmaq üçün biznes-proseslərin təkmilləşdirilməsi;
  • Analitik hesabatların hazırlanması.

Tələblər:

  • Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
  • Risk və Maliyyə sahələri üzrə ən azı 3 illik təcrübə;
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • İngilis dili biliyi mütləqdir;
  • Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • BI və data analitika bilikləri;
  • Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklərə malik olmaq;
  • Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üsulları barədə məlumatlı olmaq;
  • Kredit, bazar, əməliyyat və likvidlik risklərinin idarə edilməsi üzrə biliklər;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Analitik düşünmə və tədqiqat bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Избранный
21
50
fins.az

10Источники